İsti havalarda üz və bədən dərisini günəş şüalarından qorumaq üçün SPF 45+ krem istifadə etmək vacibdir.
Bunu “Moskva 24”-ə açıqlamasında terapevt Andrey Kondraxin bildirib.
Həkim həmçinin yüksək temperatur müşahidə olunan saatlarda uzun müddət açıq havada qalmamağı tövsiyə edib.
Bəzi vasitələr ultrabənövşəyi şüalardan sutka ərzində qoruyur, bəziləri isə cəmi iki-üç saat təsir göstərir. Buna görə də onları təkrar çəkmək lazımdır. Dərinin qocalması qaralmadan başlayır, buna görə də görünən bütün dəri sahələrini günəşdən qorumaq daha yaxşıdır,— deyə Kondraxin bildirib.

