Yay aylarında dəri daha böyük yüklə üzləşir. Buna görə də düzgün təmizləmə gündəlik qulluğun əsas mərhələlərindən birinə çevrilir.
Yayda hava temperaturunun yüksəlməsi, tərləmə, günəşdən qoruyucu vasitələr, toz və şəhər çirkliliyi dərinin səthində daha tez toplanır. Nəticədə məsamələr tıxana, dəri daha yağlı görünə, qara nöqtələr və səpgilər arta bilər. Məhz buna görə üz dərisini sadəcə su ilə yumaq kifayət etmir.
Mütəxəssislər yayda dərini səhər və axşam yumşaq təmizləyici vasitə ilə təmizləməyi tövsiyə edirlər. Xüsusilə gün ərzində SPF, makiyaj və ya tonlaşdırıcı məhsullardan istifadə olunubsa, axşam təmizləmə daha diqqətli aparılmalıdır. Bu, dərinin nəfəs almasına, qulluq vasitələrinin daha yaxşı sorulmasına və iltihab riskinin azalmasına kömək edir.

Bununla belə, həddindən artıq aqressiv təmizləmə də doğru deyil. Spirtli, dərini qurudan və sərt skrab tipli məhsullar qoruyucu baryeri zədələyə bilər. Yay qulluğunda əsas məqsəd dərini “sıfıra qədər qurutmaq” deyil, onu təmiz, balanslı və rahat saxlamaqdır.
Düzgün təmizləmə yayda sağlam dəri görünüşünün əsas şərtidir. Çünki təmizlənməmiş dəriyə nə nəmləndirici, nə serum, nə də günəşdən qoruyucu vasitə tam effektli təsir göstərə bilir.

