Fransız aktyor və komediya ustası Bruno Salomon 55 yaşında vəfat edib. Bu barədə France Presse agentliyi onun agenti Loran Qrequara istinadən məlumat yayıb.
Məlumata görə, aktyor 15 mart bazar günü uzun sürən xəstəlikdən sonra həyatını itirib.

Bruno Salomon 1970-ci ilin iyulunda Fransanın İl-de-Frans regionunun Val-de-Marn departamentində anadan olub. O, karyerası ərzində 60-dan çox filmin çəkilişində iştirak edib.
Aktyora ən böyük məşhurluğu 2007–2017-ci illərdə yayımlanan “Nə yaxşıdır nə pisdir” serialı qazandırıb.
Kadr qarşısında fəaliyyəti ilə yanaşı, Bruno Salomon səsləndirmə sahəsində də aktiv çalışıb. Onun səsi xüsusilə 2010-cu ildə ekranlara çıxan “Parisdəki Monstr” animasiya filmində səslənib.

