"Azərbaycanda növbəti sürət qatarı Bakı-Balakən-Bakı istiqamətində bu ilin sonunda və ya gələn ilin əvvəlində fəaliyyətə başlayacaq."
Den.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
Rövşən Rüstəmovun sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri aparılır. Balakən istiqamətində yol infrastrukturu yenilənir, çünki bu dəmir yolu xətti tamamilə köhnədir.
O, həmçinin qeyd edib ki, bu xətt üzrə yataq tipli vaqonlardan istifadə ediləcək. Köhnə nəsil yataq tipli vaqonlar müasirləşdirilməli olacaq, çünki uzaq məsafələrə səyahət edən sərnişinlər bu tip vaqonlara üstünlük verirlər. Hazırda bütün məsələlər hərtərəfli şəkildə nəzərdən keçirilir.
Bu rayona sürət qatarı gedəcək - Tarix AÇIQLANDI

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.