Aktrisa Sevil Akdağın rəfiqəsini qətlə yetirdiyi cinayətin detalları bəlli olub.
Den.az xəbər verir ki, bu barədə Elif Kıravın yaxın rəfiqəsi Bade Taş danışıb. O bildirib ki, son zamanlar ikilinin münasibəti yaxşı olmayıb.
"Sevil, nə vaxt spirtli içki içsə və ya başqa bir maddə istifadə etsə, Elifi çağırırdı. Daim ağlayırdı, təklikdən şikayətlənirdi. Onun üzərində duyğusal təzyiq yaratmağa çalışırdı" - deyə Bade qeyd edib.
Hadisə günü Elif və dostları restoranda olub. Orada Sevil Akdağ da olub. Sevil ayaqyoluan gedib qayıtdıqdan sonra Elifə artıq sənlə əylənməyəcəyəm deyib və məkanı tərk edib.
Bundan sonra Elif başqa bir rəfiqəsi ilə digər məkanda əylənməyə davam edib. Bunu həzm edə bilməyən Sevil axırda onun evinə gedib:
"Sevil gecə boyunca Elifə tez-tez zəng edərək onu narahat edib. Elif isə ona vəziyətinin yaxşı olmadığını bildirib və evinə gəlməsini istəmədiyini deyib.
O sabaha yaxın kəsici aləti götürərək Elifin evinə gəlib. Telefonunu qapının yanında qoyub ki, heç kim onu narahat etməsin. Hər şeyi planlayıbmış. Ona 35 bıçaq yarası vurub" - deyə Bade qeyd edib.
Xatırladaq ki, aktrisa Sevil Akdağ rəfiqəsi Elif Kıravı qətlə yetirib. Hadisə iki gün əvvəl gecə saatlarında baş verib.
Elif Kıravı bıçaqla qətlə yetirən S. Akdağ daha sonra intihara cəhd edib. Polis tərəfindən saxlanılan Akdağ içkili olduqlarını, dava etdiklərini, mərhumun onu vurduğunu və hadisənin daha sonra baş verdiyini bildirib.
Kıravın yaxınları isə onun 30 bıçaq yarası olduğunu söyləyib.
Xatırladaq ki, Sevil Akdağ bir zamanların reytinqli serialı "Yasak elma" da rol alıb.