Tbilisinin tanınmış memarlıq abidələrindən biri olan və “Rike küpləri” kimi tanınan kompleks söküləcək. Bu barədə şəhərin meri Kaxa Kaladze məlumat verib.
Den.az xəbər verir ki, Kaladze bu tikilini “funksional olmayan və şəhərsalma baxımından yad bir element” adlandıraraq onun yerində hotel tikiləcəyini bildirib.
Kompleks Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin sifarişi ilə italyan memar Massimiliano Fuksas tərəfindən layihələndirilib və teatr-sərgi mərkəzi kimi nəzərdə tutulmuşdu. Lakin hakimiyyət dəyişikliyindən sonra layihə dondurulub və bina uzun illər istifadəsiz qalıb.
2022-ci ildə obyekt 3 milyon dollar qarşılığında bir sahibkara satılıb. Müqaviləyə əsasən, yeni sahib orada mədəniyyət məkanları açmalı idi. Lakin onun sözlərinə görə, “sabit olmayan investisiya mühiti” səbəbindən binanı satmağa qərar verib.Globalinfo.az