“Burada deputatlar erkən pensiyaya çıxmaq məsələsini qaldırıblar. Azərbaycanda bir qrup insan erkən pensiyaya çıxmaq hüququna malikdir”.
Denmedia.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, çoxuşaqlı analara, ağır şəraitdə çalışanlara, ahıl şəxslərə qulluq edən şəxslərə 5 il erkən pensiyaya çıxmaq hüququ verilir.

