İran nümayəndə heyəti ABŞ ilə münaqişənin nizamlanmasına dair məsləhətləşmələrdən sonra noyabrın 1-də Qətərin paytaxtı Dohanı tərk edib.
Bu barədə Reuters agentliyi mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, İran nümayəndələri mümkün razılaşma ilə bağlı irəli sürülən təklifləri nəzərdən keçirmək üçün Dohadan ayrılıblar.
Agentliyin həmsöhbəti vurğulayıb ki, nümayəndə heyətinin Qətəri tərk etməsi danışıqlar prosesində problemlərin yarandığı anlamına gəlmir.
Hazırda mümkün razılaşmanın layihəsi məsləhətləşmələrdə iştirak edən tərəflərə təqdim olunub. Onlar sənədi ətraflı öyrənərək öz rəy və təkliflərini hazırlamalıdırlar.
Məlumata görə, tərəflər arasında növbəti görüşün keçirilməsi də istisna edilmir.

