“Araz Supermarket” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, aparılan yoxlamalar zamanı şirkətə məxsus mağazalardan birində məhsulun üzərində göstərilən qiymətdən daha baha satıldığı müəyyən edilib.
Agentlikdən qeyd olunub ki, bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulmasıdır.
Şirkətin fəaliyyətində məhsulun dəyərinin hesablanması zamanı alıcının aldadılması əlamətləri aşkar edilib.
Bununla əlaqədar “Araz Supermarket” MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

