İranda Ekspertlər Şurası ölkənin yeni ali rəhbərini seçmək üçün yaxın 24 saat ərzində toplaşacaq. Bu barədə şuranın üzvü, ayətullah Hüseyn Müzəffəri məlumat verib.
Onun sözlərinə görə, yeni seçiləcək rəhbər ölkənin qarşısında duran tarixi və taleyüklü missiyanı yerinə yetirməlidir.
Seçiləcək şəxs öz tarixi və taleyüklü missiyasını yerinə yetirməli və möminlərin qəlbində alovlanan narahatlığı söndürməlidir. Ümid edirik ki, Allahın köməyi ilə bu, yaxın 24 saat ərzində baş verəcək, – deyə Hüseyn Müzəffəri bildirib.
Müzəffəri əlavə edib ki, Ekspertlər Şurası hələlik bu məsələ ilə bağlı iclas keçirməyib və ictimaiyyəti yeni rəhbərin seçilməsi ilə bağlı yayılan şayiələrə inanmamağa çağırıb.

