ABŞ Prezidenti Donald Tramp aprelin 1-də İrana qarşı aparılan hərbi əməliyyatla bağlı xalqa müraciət edəcək.
Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt sosial şəbəkədə məlumat yayıb.
Müraciətin Vaşinqton vaxtı ilə saat 21:00-da baş tutacağı bildirilir. Gözləntilərə görə, çıxışda regionda baş verən son hadisələr və ABŞ-ın növbəti addımları ilə bağlı mühüm detallar açıqlanacaq.
“ABŞ Prezidenti Donald Tramp çərşənbə günü saat 21:00-da xalqa xüsusi müraciət edəcək və İranla bağlı vacib yenilənmiş məlumat təqdim edəcək”

