Azərbaycanlı müğənni Roza Zərgərli Çeçenistan rəhbəri Ramzan Kadırov ilə görüşüb.
Sənətçi görüşdən görüntüləri Instagram səhifəsində paylaşıb.
Roza Zərgərli paylaşımında Çeçenistan Respublikasına və Ramzan Kadırova səmimi qəbula, incəsənətə göstərilən dəstəyə və Azərbaycan musiqisinə olan sevgiyə görə təşəkkür edib.
“Çeçenistan Respublikasına və Çeçenistan Respublikasının rəhbəri Ramzan Əhmədoviç Kadırova səmimi qəbula, incəsənətə dəstəyə və Azərbaycan musiqisinə sevgiyə görə ürəkdən minnətdaram. Bu, mənim üçün böyük şərəf və xüsusi dəyərdir.
Bu gözəl konsertin təşkilində bizi və komandamızı dəstəkləyən hər kəsə səmimi təşəkkürümü bildirirəm.
Xüsusi minnətdarlıq sözlərim isə möhtəşəm Çeçenistan tamaşaçılarınadır. İsti qarşılanma, səmimi emosiyalar və inanılmaz enerji üçün təşəkkür edirəm. Sizin sevginiz və dəstəyiniz bu axşamı həqiqətən unudulmaz etdi.
Bizimlə olan hər kəsə təşəkkür edirəm. Yeni görüşlərədək”, deyə müğənni yazıb.

