18 
sen
2023
13:52
141

Kreml Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirdi

18 sen, 2023
13:52
141

Kreml Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirdi

Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
 
Kremlin sözçüsü Dmitri Peskov Kadırovun sağlamlıq vəziyyəti ilə bağlı arayış vermədiyini, bunun prezident administrasiyasının məsələsi olmadığını söyləyib.
 
Peskov Çeçenistan rəhbərinin ötən həftəsonu Rusiya Prezidenti Vladimir Putinlə görüşmədiyini də əlavə edib.
 
Qeyd edək ki, Rusiyanın teleqram kanalları Kadırovun səhhətinin pisləşdiyi, hazırda Mərkəzi Klinik xəstəxanada kəskin böyrək çatışmazlığından komaya düşməsi ilə bağlı məlumatlar yayıb./APA

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar