iyl
2023
15:40
178

Fransa Ukraynaya yardımı artıracaq

9 iyl, 2023
15:40
178

Fransa Ukraynaya yardımı artıracaq

Fransa Ukraynaya yardımı artıracaq, yeni tədarüklər hazırlanır.

Den.az  RF-ə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib.

O, qeyd edib ki, heç kim Fransanın lazım olduğu qədər Ukraynanı dəstəkləmək əzminə şübhə etməməlidir. Yeni hərbi yardımın çatdırılmasına hazırlıq görülür.

"Fransa dəfələrlə təsdiqləyib ki, o, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qanuni müdafiəsini təmin etmək üçün lazım olduğu müddətdə Kiyevə dəstək verəcək. Bu öhdəliyi yerinə yetirmək əzmimizə heç kim şübhə etməməlidir", - nazir vurğulayıb.

Ketrin Kolonnanın sözlərinə görə, Fransa tərəfindən göstərilən yardım Kiyev tərəfindən formalaşdırılan ehtiyacların ödənilməsinə yönəlib. Söhbət ilk növbədə hava hücumundan müdafiə və artilleriyaya yönəldərək Ukraynaya Rusiyanın təcavüzündən özünü müdafiə etməkdə kömək etməkdən gedir.

"Bu dəstək davam edəcək və intensivləşəcək. Ukraynanın ifadə etdiyi təcili ehtiyaclar nəzərə alınmaqla yeni hərbi yardım göndərişləri hazırlanır", - nazir bildirib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar