11 
avq
2023
15:11
163

DTX xüsusi əməliyyat keçirdi, terrorçu saxlanıldı - VİDEO

11 avq, 2023
15:11
163

DTX xüsusi əməliyyat keçirdi, terrorçu saxlanıldı - VİDEO

Azərbaycan vətəndaşlığından məhrum edilən terrorçu Zülfüqarov Kamran Azər oğlu qeyri-leqal yolla ölkə ərazisinə keçib.

Den.az "xezerxeber.az"a istinadla xəbər verir ki, terrorçunun Azərbaycanda olması barədə məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı araşdırmalar nəticəsində yoxlanılaraq öz təsdiqini tapıb və gizləndiyi yer müəyyən edildikdən sonra həmin şəxs saxlanılıb. Kamran Zülfüqarovun daxil olduğu cinayətkar dəstənin üzvləri, qarşı tərəfdə vahimə yaratmaq üçün ələ keçirdikləri şəxslərin başlarını kəsərək, nümayiş etdiriblər.
Onun Azərbaycanda gizləndiyi yer və saxlanılması barədə eksklüziv məlumatlar bu gün axşam saat 21:00-da "Xəzər Xəbər"in xüsusi buraxılışında təqdim ediləcək.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar