İraqın Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri ölkənin qərbində yerləşən Ənbar vilayətində gizli pilotsuz uçuş aparatı anbarı aşkarlayıb.
Nazirliyin məlumatına görə, tərk edilmiş binalardan birində aparılan əməliyyat zamanı 47 pilotsuz uçuş aparatı, onlara aid 46 döyüş sursatı və dronların istifadəsi üçün nəzərdə tutulan avadanlıq ələ keçirilib.
İraq Daxili İşlər Nazirliyi bildirib ki, aidiyyəti qurumlar aşkarlanan materialların mənşəyini müəyyənləşdirmək və gizli döyüş dronları anbarının yaradılmasına görə məsul şəxsləri müəyyən etmək üçün istintaq və texniki araşdırmalara başlayıblar.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları 47 dron, onlara aid 46 döyüş sursatı və pilotsuz uçuş aparatlarının istifadəsi üçün avadanlığın saxlanıldığı gizli anbar aşkarlayıblar”, – nazirliyin məlumatında deyilir.

