Xəbərin Kateqoriyası: Xəbərlər

Modul tipli məktəblərin tikintisinə 4,4 milyon manat ayrılıb

 

Azərbaycan prezidenti İlham Əliyev Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 461 000 manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Sıra №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Tovuz rayonu Y.Alıyev adına Hacıhəsənli kənd  96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

2

Tovuz rayonu Z.Məmmədov adına Sarıtala kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

3

Tovuz rayonu Şamlıq kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

4

Tovuz rayonu Qayadibi kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

5

Tovuz rayonu Qoşa kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

230 000

6

Tovuz rayonu Quşçu Qaralar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

7

Ağstafa rayonu H.Aslanov qəsəbə 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

8

Şəmkir rayonu Talışkənd kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

9

Gədəbəy rayonu Dördlər kənd 40 şagird yerlik modul tipli  tam orta məktəbin quraşdırılması

285 000

10

Gədəbəy rayonu Əyrivəng kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

11

Gədəbəy rayonu Talakənd kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

12

Daşkəsən rayonu Almalı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

13

Daşkəsən rayonu Daşkəsən qəsəbəsi  56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

14

Daşkəsən rayonu Gürbulaq kənd  40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

15

Göygöl rayonu Əzgilli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

Cəmi

4 461 000

 

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız