noy
2023
08:40
184

Məhkəmə avtomobillə Vətən müharibəsi iştirakçısını vuraraq öldürən sərxoş sürücü ilə bağlı qərar çıxardı

3 noy, 2023
08:40
184

Məhkəmə avtomobillə Vətən müharibəsi iştirakçısını vuraraq öldürən sərxoş sürücü ilə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində Goranboyda içkili vəziyyətdə iki piyadanı vuraraq öldürməkdə təqsirləndirilən sürücü Abbas Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Den.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmim edilməyib.
 
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abbasov 4 il sürücülük hüququndan mərhum edilməklə 8 il 6 ay həbs cəzasına məhkum olunub. İttihama görə, Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Goranboyda toydan sərxoş vəziyyətdə qayıdan Abbas Abbasov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanan "RAV 4" və "Mercedes CLS" markalı minik maşınlarına çırpılıb. Hadisə nəticəsində Nəticədə "RAV 4"ün sürücüsü, 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov və "Mercedes CLS"nin sürücüsü, 1986-cı il təvəllüdlü Rəşad Hüseynov ölüblər. Həlak olan 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov 44 günlük Vətən müharibəsi iştirakçısı olub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar