Dağıstanın Kizlyar rayonunun Novosladkovka kəndində yerləşən Starı Terek hidrotexniki kanalında yeni doğulmuş körpənin meyiti aşkarlanıb. Körpənin anası saxlanılıb.
Bu barədə cümə günü respublikanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 106-cı maddəsi ilə cinayət işi başlanıb.
“İstintaq hərəkətləri zamanı yeni doğulmuş körpənin anasının şəxsiyyəti müəyyən edilib və bundan sonra o, saxlanılıb. Yaxın vaxtlarda istintaq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə çıxış edəcək”, – məlumatda bildirilib.

