Sumqayıt şəhərində 6 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Hərəkətdə olan 6 avtomobil bir-biri ilə toqquşub.
Qəza nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

