ABŞ dövlət katibi Marko Rubio Pakistanda keçirilən danışıqlar zamanı İranla sülh razılaşmasının baş tutmamasında həlledici rol oynayıb. Bu barədə NBC News telekanalı məlumat yayıb.
Jurnalistlərin yazdığına görə, görüş zamanı ABŞ tərəfində İran nümayəndələrinin mümkün razılaşmanın şərtlərini dəyişdirdiyinə dair şübhələr yaranıb.
“Buna görə də fasilə zamanı onlar bundan sonra necə hərəkət etməli olduqları barədə göstəriş almaq üçün Rubioya zəng ediblər. Rubio İranın təklifini qəbul edə bilməyəcəkləri ilə razılaşıb. Razılaşma olmayacaq”, – materialda bildirilir.
Qeyd olunur ki, Rubio danışıqlar zamanı bilərəkdən ictimaiyyət qarşısında ön planda görünməkdən yayınır. Jurnalistlərin yazdığına görə, dövlət katibi əsas qərarların qəbulunda “boz kardinal” rolunda çıxış edir.

