Uşaqların məktəbə getmək istəməməsinin səbəblərindən biri sinif yoldaşları ilə yaşanan münaqişələr ola bilər. Bu barədə Lenta.ru-ya pedaqoq-psixoloq Şamil Əhmədullin bildirib.
Onun sözlərinə görə, məktəbə getmək istəməməyə həmçinin həddindən artıq dərs yükü, yuxusuzluq və dərslərdə yaranan çətinliklər səbəb ola bilər.

“Mübahisələr, lağ obyektinə çevrilmək, tənhalıq və ya dostların olmaması uşağın mütəmadi olaraq dərsə getməməyə çalışmasına səbəb ola bilər”, – Əhmədullin bildirib.
Pedaqoq vurğulayıb ki, böyüklər uşağa yaranmış vəziyyətin öhdəsindən vaxtında gəlməyə kömək etməlidirlər. Əks halda, məktəbli diqqətini dərslərinə deyil, onu incidən şəxslərə yönəldəcək.

