Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə 95 yaşında vəfat edib.
Denmedia.az xəbər verir ki, bu barədə onun qızı sosial şəbəkə hesabında məlumat paylaşıb.
Qeyd edək ki, Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları qoyulmuşdu.

