44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələləri olub.
Denmedia.az xəbər verir ki, bu döyüşlərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıq, cəsarət və fədakarlıqla yerinə yetiriblər.
Şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların əzmkarlığı Azərbaycanın Zəfər salnaməsində əbədi yer tutur.

