ABŞ Prezidenti Donald Tramp bundan sonra CNN və MS NOW telekanallarının, eləcə də “Politico” nəşrinin Ağ Evə girişini qadağan etdiyini bildirib.
Tramp qərarını sözügedən media qurumlarının onun “saxta xəbərlər” hesab etdiyi materialları dərc etməsi ilə əsaslandırıb.
ABŞ Prezidenti həmçinin “Politico”nu Co Bayden administrasiyası dövründə ABŞ hökumətindən 8 milyon dollar dəyərində abunə müqaviləsi almaqda ittiham edib.
“Bu andan etibarən CNN və MS NOW telekanallarının, eləcə də ‘Politico’ nəşrinin Ağ Evə girişini qadağan edirəm”, – Tramp yazıb.
ABŞ Prezidenti əlavə edib ki, onun fikrincə, həqiqətə uyğun olmayan məlumatlar yayan digər media qurumlarına da oxşar məhdudiyyətlər tətbiq oluna bilər.

