Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes əvvəlcədən icazə almaq şərti ilə dövlət başçısı Nikolas Maduronu ABŞ həbsxanasında ziyarət edə bilər.
Bu barədə ABŞ Federal Həbsxanalar Bürosu məlumat yayıb.
“RİA Novosti”nin məlumatına görə, qurum bildirib ki, xarici ölkələrin vəzifəli şəxslərinə də digər ziyarətçilərlə eyni qaydalar tətbiq olunur.
“Xarici ölkələrin vəzifəli şəxslərinə Büronun nəzarətində saxlanılan məhbusu ziyarət etməyə icazə verilə bilər. Lakin onlar qüvvədə olan ziyarət qaydalarına əməl etməli və əvvəlcədən icazə almalıdırlar”, – qurumdan bildirilib.

