Sumqayıtda 4 yaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.
Belə ki, hərəkətdə olan 39 nömrəli marşrut avtobusu 4 yaşlı Turan Həsənlinin vurub. Ağır xəsarətlər alan uşaq hadisə yerindəcə dünyasını dəyişib.
Hadisənin təfərrüatları da məlum olub. Şahidlərin verdiyi məlumata görə, avtobus sürücüsü sərnişin düşürüb yoluna davam etmək istəyib. Bu zaman məhəllədən valideynindən xəbərsiz uşaq qaçaraq avtobusun qarşısına keçib. Sürücü isə həmin uşağı görməyib. Avtobus hərəkətə başlayıb. 4 yaşlı Turan Həsənlinin baş nahiyəsinin üstündən keçib. Azyaşlı aldığı xəsarətlərdən elə yerində dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ellada Rəsul
Denmedia.az

