Vaşinqton İran Prezidenti Məsud Pezeşkiana, xarici işlər naziri Abbas Araqçiyə və nümayəndə heyətinin digər üzvlərinə viza verəcək. Onlar BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka səfər edəcəklər. Bu barədə NBC News ABŞ Dövlət Departamentinə və mənbəyə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, İran nümayəndə heyəti ötən illə müqayisədə daha azsaylı olacaq.
“Nümayəndə heyətinə səfər məhdudiyyətləri tətbiq ediləcək və siyasətimizə uyğun olaraq onların dəbdəbəli əşyalar və digər mallar alması qadağan olunacaq”, – Dövlət Departamentinin nümayəndəsi bildirib.
Məqalədə qeyd olunur ki, yüksək vəzifəli İran rəsmilərinə dünya liderlərinin Nyu-Yorkda keçirilən illik toplantısında iştirak etmək üçün viza verilməsi qərarı ABŞ ilə İran arasında silahlı münaqişənin başlamasından yeddi ay sonra qəbul edilib.
Həmçinin bildirilir ki, ABŞ hakimiyyəti tarixən İran nümayəndə heyətlərinin Nyu-Yorka səfərləri zamanı onların hərəkətini məhdudlaşdırıb.

