avq
2023
02:15
138

BELARUS SƏRHƏDDİNDƏ GƏRGİNLİK: Litva və Latviya qoşunları toplandı - FOTO

5 avq, 2023
02:15
138

BELARUS SƏRHƏDDİNDƏ GƏRGİNLİK: Litva və Latviya qoşunları toplandı - FOTO

Litva və Latviya silahlı qüvvələri öz qoşunlarını yenidən qruplaşdırmaq və Belarus Respublikası ilə sərhədlərə istiqamətlənmək qərarına gəliblər.

Bir müddət əvvəl təhlükəsizlik qüvvələrini sərhədə göndərən qonşu Polşadan nümunə götürərək Latviya və Litva öz qoşunlarını Belarusla sərhədə yerləşdirirlər.


"Den.az" xəbər verir ki, Litva və Latviyadakı qoşunların Belarusla sərhədə yerləşdirilməsi ilə bağlı görüntülər yayılıb.


Sosial şəbəkə istifadəçiləri bununla bağlı paylaşımlar ediblər.


Ehtimal edilir ki, Baltikyanı ölkələrdə təhlükəsizlik qüvvələrinin aktivləşməsi Belarus Respublikasında “Vaqner” özəl hərbi şirkətinin yenidən qruplaşdırılması ilə bağlıdır.
Məlumata görə, zirehli texnika və hərbçilərdən ibarət kolonlar Belarusla sərhədə doğru irəliləyir.
Eyni zamanda yayılan xəbərlərə görə, Almaniya vətəndaşları “Vaqner”in Belarus ərazisindəki fəaliyyəti, eləcə də Ukraynada davam edən müharibə səbəbindən Polşa sahillərinə getməkdən imtina edirlər.


Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar