Filippində sərnişin bərəsində baş verən yanğın nəticəsində ölənlərin sayı kəskin artıb.
Filippin Sahil Mühafizəsinin məlumatına görə, axtarış-xilasetmə işləri zamanı daha 41 nəfərin meyiti aşkarlanıb və bununla da ölənlərin sayı 76-ya çatıb. Hazırda daha 13 nəfər itkin hesab olunur.
Maniladan Palavan əyalətinin Koron bölgəsinə hərəkət edən “MV June Aster” sərnişin bərəsində sentyabrın 10-da güclü yanğın baş verib. Yanğının hansı səbəbdən başladığı hələ müəyyən edilməyib və araşdırma davam edir.
Məlumata görə, gəmidə 130-dan çox insan olub və 43 nəfər sağ xilas edilib. Xilasedicilər itkin düşənlərin axtarışını davam etdirirlər.




