30 
iyn
2023
10:56
228

Bakı-Şamaxı yolunda dağılmış yol sahəsində bərpa işləri aparılır-FOTO VİDEO

30 iyn, 2023
10:56
228

Bakı-Şamaxı yolunda dağılmış yol sahəsində bərpa işləri aparılır-FOTO VİDEO

Hazırda Bakı-Şamaxı yolunda dağılmış yol sahəsində bərpa işləri aparılır. 

Den.az xəbər verir ki, nəqliyyatın hərəkətində məhdudlaşdırılma yoxdur. 


Hadisə baş verdiyi andan əraziyə cəlb edilmiş DYP əməkdaşları yolda nəqliyyatın hərəkətini tənzimləyərək təhlükəsizliyi təmin ediblər.

Bu barədə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sosial şəbəkədə paylaşım edib.

O, bildirib ki, "Hazırda sözügedən yolda nəqliyyatın hərəkəti maneəsiz təşkil edilir. Qeyd olunan ərazidə və alternativ yollarda hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb."


Qeyd edək ki, Muğanlı-İsmayıllı istiqamətində uçqun olmuşdu.AAYDA-dən isə bildirilib ki, sözügedən hissələr üzrə avtonəqliyyat vasitələrinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə gecə saatlarında təmir işləri icra olunacaq. Bu səbəbdən Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
“Qeyd olunan müddət ərzində sürücülərə alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolundan (Ağsu aşırımı) istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, - deyə qurumdan bildirib.





Aydın Adıgözəlov
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar