Azərbaycanda yeniyetmə yaşda ana olanların sayında azalma qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə 15–17 yaşlı analardan 877 uşaq dünyaya gəlib.
Müqayisə üçün, bu göstərici 2024-cü ildə 1279, 2023-cü ildə 1742, 2022-ci ildə 2011, 2021-ci ildə isə 1650 olub.
Beləliklə, bir il ərzində 15–17 yaşlı analardan doğulan uşaqların sayı 402 nəfər və ya təxminən 31,4 faiz azalıb.
Bu yaş qrupunun ölkə üzrə ümumi doğuşlarda payı da aşağı düşüb. 2025-ci ildə Azərbaycanda ümumilikdə 95 875 uşaq doğulub və onların 0,9 faizi 15–17 yaşlı anaların payına düşüb. 2024-cü ildə isə bu göstərici 1,3 faiz təşkil edib.

