iyl
2023
09:03
168

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokunun püşkatma mərasimi keçirilib

9 iyl, 2023
09:03
168

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokunun püşkatma mərasimi keçirilib

İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu, Azərbaycan Voleybol Federasiyasının (AVF) və Qusar Olimpiya İdman Kompleksinin dəstəyi ilə gerçəkləşəcək turnirin püşkü Bakının Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki Voleybol Mərkəzinin akt zalında atılıb.

"Den.az" xəbər verir ki, tədbirə AVF-nin vitse-prezidenti Faiq Qarayev, qurumun baş katibi Faiq Orucov, Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, "Avrora Qrup"un nümayəndəsi Elvin Babayev, Qusar Olimpiya İdman Kompleksinin direktoru və İAM-ın sədri Elşən Məmmədov, həmçinin, iştirakçı komandaların nümayəndələri qatılıblar.
Mərasimi giriş sözü ilə açan Məmmədov ardıcıl üçüncü dəfə təşkil olunan turnir barədə məlumat verib. Baş sponsora təşəkkür edən İAM sədri komandalara uğurlar arzulayıb.
Daha sonra söz F.Qarayevə verilib. Federasiyanın vitse-prezidenti bu cür turnirlərin voleybolun kütləviləşməsi və inkişafı baxımından önəmli olduğunu bildirib. O qeyd edib ki, İdman Araşdırmalar Mərkəzinin işğaldan azad olunmuş rayon və şəhərlərin adlarını daşıyan komandalar arasında turnir keçirməsindən sonra bu adlar peşəkar yarışlarda da görünməyə başlayıb. F.Qarayev nümunə kimi "Xarı Bülbül" kollektivini göstərib. O, bildirib ki, federasiya bundan sonra da bu cür voleybol turnirlərinə dəstəyini əsirgəməyəcək. Hətta F.Qareyev sonda təşkilatçılara jest edərək, jurnalistləri Qusara aparacaq nəqliyyatın xərcinin AVF tərəfindən qarşılanacağını söyləyib.
Daha sonra çıxış edən X.İsayev ölkədə voleybola böyük maraq olduğunu xatırladaraq, belə turnirlərin önəmini xüsusi vurğulayıb. O, təşkilatçılara və iştirakçı komandalara uğurlar arzulayıb.
F.Orucov da öz növbəsində hər kəsi salamlayaraq, təşəbbüsü yüksək qiymətləndirdiyini və voleybolu təbliğ edən bu cür layihələrə hər zaman dəstək verməyə hazır olduqlarını söyləyib.
"Avrora Qrup"un nümayəndəsi Elvin Babayev isə daha əvvəl də Azərbaycan Voleybol Federasiyası ilə birgə əməkdaşlıq etdiklərini xatırladıb. O, Zəfər Kuboku turnirinin ənənəvi olacağını sözlərinə əlavə edib.
Nəhayət, sonda turnirin püşkü atılıb və qrupların tərkibi müəyyənləşib. Beləliklə, "Report" İnformasiya Agentliyinin təmsil etdiyi "Füzuli" komandası "Suqovuşan" və "Xankəndi" ilə birlikdə A qrupuna düşüb. B qrupunda isə "Şuşa", "Kəlbəcər" və "Zəngilan" kollektivləri mübarizə aparacaqlar.
Reqlamentə əsasən, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. İlk 3 yerin sahiblərinə müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, qalibə isə Zəfər Kuboku təqdim ediləcək.
Qeyd edək ki, turnir 15-16 iyulda Qusar Olimpiya İdman Kompleksində baş tutacaq.



Aydın Adıgözəlov.
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar