Somnoloq Karema Maqomedova insanlarda yuxu pozuntularına səbəb ola biləcək amillərdən danışıb. Həkim gecələr görülən kabusların əsas səbəblərini açıqlayıb.
Maqomedovanın sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji və yuxu pozuntuları, məsələn, yuxu zamanı tənəffüs problemləri fonunda yarana bilər. Bununla yanaşı, kabuslar müstəqil pozuntu kimi də ortaya çıxa bilər.
Həkim qeyd edib ki, kabuslar xüsusilə stress və əsəb gərginliyi yaşayan insanlarda tez-tez müşahidə olunur.

Kabusların yaranma riskini azaltmaq üçün Maqomedova yatmazdan əvvəl gün ərzində yığılan gərginliyi nəfəs məşqləri vasitəsilə azaltmağı tövsiyə edib. Somnoloqun sözlərinə görə, əzələlərin rahatladılması da bu baxımdan kömək edə bilər.
Bundan əlavə, yataq otağındakı narahat şərait də kabuslara səbəb ola bilər. Maqomedova bildirib ki, yataq otağında tam sakitlik və qaranlıq, eləcə də komfortlu temperatur olmalıdır.
Həmçinin yastıq və döşək rahat, yataq dəstləri isə xoş və komfortlu olmalıdır.

