Pakistanın Xayber-Paxtunxva əyalətində məscidin yaxınlığında baş verən partlayış nəticəsində azı 15 nəfər həlak olub.
“The News Pakistan”ın məlumatına görə, partlayış cümə namazı zamanı baş verib.
Hadisə nəticəsində 50-dən çox insan yaralanıb. Xəstəxanaya 15 nəfərin meyiti və 50-dən çox yaralı çatdırılıb.
Polisin məlumatına görə, partlayış nəticəsində məscidin yaxınlığında çuxur əmələ gəlib. Xəsarət alanlar arasında polis əməkdaşları da var.
Xilasetmə xidmətlərinin məlumatına görə, məscidin xarici hissəsinə ciddi ziyan dəyib, həmçinin divarlardan biri uçub. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.
Kohat rayon xəstəxanasında fövqəladə vəziyyət rejimi elan edilib.

