Lənkəranda yeniyetmələr arasında baş verən dava nəticəsində bir nəfər komaya düşüb.
Denmedia.az report-a istinadla xəbər verir ki, hadisə Kərgəlan kəndində baş verib.
Kənd sakini, 2010-cu il təvəllüdlü yeniyetmə tanışları ilə aralarında yaranan münaqişə zamanı döyülüb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu qoyulub.
Yeniyetmə reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.
Faktla bağlı araşdırma aparılır.

