Sentyabrın 19-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Paytaxtda və Abşeronda havanın temperaturu gecə 20–23, gündüz 25–29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə 65–75 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir.
Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 18–22, gündüz 29–33 dərəcə isti, dağlarda isə gecə 10–15, gündüz 18–23 dərəcə isti olacaq.

