Baş rollarını Tuba Büyüküstün və Derya Pınar Akın paylaşdığı “Sultana” filminin qala gecəsi iki aktrisa arasında yaşanan gərginliklə diqqət çəkib. Sentyabrın 17-də tamaşaçılarla görüşəcək filmin nümayişində yaşanan hadisə maqazin mətbuatında da geniş müzakirə olunub.
Qala gecəsində Derya Pınar Ak jurnalistlərə müsahibə verdiyi zaman Tuba Büyüküstün də həmin əraziyə gəlib. Büyüküstünün gəlişindən sonra Derya Pınar Ak “Mən çıxım” deyərək müsahibəni yarımçıq saxlamaq və ərazidən uzaqlaşmaq istəyib.

Həmin anlarda Tuba Büyüküstünün gərgin üz ifadəsi və iki aktrisanın bir-birinə qarşı məsafəli davranışı diqqətdən yayınmayıb.
Qala gecəsində ikili arasında müşahidə olunan soyuq münasibət qonaqların və mətbuat nümayəndələrinin diqqətini çəkib.

