Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Müraciətdə bildirilib ki, yarışla əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə 24–26 sentyabr tarixlərində Bakıətrafı kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlardan ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri xahiş olunur.
Paytaxt sakinlərinə isə yarışın keçirildiyi müddətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmək, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə getmək tövsiyə edilib.
Həmçinin istismar müddəti uzun olan və texniki nasazlığı olan nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaq xahiş olunur.

