“Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.
Denmedia.az xəbər verir ki, Tahir Abdolbari oğlu Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib.
O, bu vəzifədə Əhməd Abdolbari oğlu Gozalı əvəz edib. Əhməd Gözəl 2022-ci ildən “Azərbaycan Sənaye Bankı”nın Müşahidə Şurasına rəhbərlik edirdi.
Müşahidə Şurasının digər üzvləri Alireza Ziyad oğlu Firouzi Heydaranlou və Şirin Hakan Alidir.
Qeyd edək ki, Tahir Gözəl 2026-cı ilin aprelində “Azersun Holding”in Müşahidə Şurasının sədri seçilib. O, həmçinin “Qarabağ” Futbol Klubunun prezidentidir.
“Azərbaycan Sənaye Bankı”nın nizamnamə kapitalı 60 milyon manatdır. Bankın əsas səhmdarı 98,43% payla “Anadolu Investment Company” MMC-dir.

