Ermənistanın hüquq-mühafizə orqanları Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan cinayət işi çərçivəsində ölkənin keçmiş baş naziri Ovik Abramyanın qardaşı Henrik Abramyanı saxlayıb. Məlumatı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi təsdiqləyib.
Henrik Abramyan vəzifə səlahiyyətlərindən sui-istifadə və bu əməlin törədilməsinə köməklik göstərilməsi ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb. Ona həmçinin vəzifə saxtakarlığı və saxta sənədlərdən istifadə ilə bağlı əməllər də aid edilir.
Xatırladaq ki, avqustun 8-də Ovik Abramyanın oğlu, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyanın kürəkəni, keçmiş deputat Arqam Abramyan sifarişli qətllə bağlı ittiham üzrə saxlanılıb.

