iyl
2023
12:43
154

Sabah havanın temperaturu aşağı düşəcək, külək əsəcək

9 iyl, 2023
12:43
154

Sabah havanın temperaturu aşağı düşəcək, külək əsəcək

Sabah havanın temperaturu aşağı düşəcək, külək əsəcək.
 
Bunu "Den.az"a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
 
Ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək, temperatur ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı düşəcək. Şimal-qərb rayonlarında yağış yağacağı proqnozlaşdırılır.
 
Bakıda və Abşeron yarımadasında 29-34, Aran rayonlarında 32-37, dağlıq rayonlarda isə 22-27 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar