11 
avq
2023
02:00
262

Bakıda polislər taksi sürücüsünə qarşı soyğunçuluq edənləri zərərsizləşdirib, xəsarət alanlar var

11 avq, 2023
02:00
262

Bakıda polislər taksi sürücüsünə qarşı soyğunçuluq edənləri zərərsizləşdirib, xəsarət alanlar var

Bakıda soyğunçuluq edən iki nəfər polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.


Belə ki, iki nəfər naməlum şəxs taksiyə oturaraq bıçaqla sürücüyə hədə-qorxu gəlib və ondan pul tələb ediblər.


Bu zaman taksi sürücüsü avtomobildən qaçaraq ərazidə növbə çəkən polis əməkdaşlarına məlumat verib.


Sabunçu rayonu Polis İdarəsinin əməkdaşı İsmayılov Çərkəz Füzuli oğlu və onun növbə yoldaşı tərəfindən soyğunçular zərərsizləşdirilib.


Bu zaman soyğunçulardan biri özünə və polis əməkdaşına bıçaqla xəsarət yetirib.
Hadisənin təfərrüatı araşdırılır. 
(Repor)

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar