İran ordusunun nümayəndəsi general Məhəmməd Əkrəminiya bildirib ki, ABŞ qoşunlarının İrana qurudan müdaxiləsi halında amerikalı hərbçini əsir götürən iranlı qadınlara 100 milyard rialadək, yəni təxminən 40 min dollar mükafat veriləcək.
Bu barədə SNN telekanalı məlumat yayıb.
Əkrəminiyanın sözlərinə görə, İrana daxil olan ABŞ hərbçisini əsir götürən və ya onun cəsədini təqdim edən şəxslərə 50 milyard rial, təxminən 20 min dollar veriləcək. Əgər bunu qadın edərsə, mükafatın məbləği iki dəfə artırılaraq 100 milyard riala, təxminən 40 min dollara çatdırılacaq.
General həmçinin bildirib ki, Tehran regionun digər ölkələrinin sakinlərinə də analoji hallarda pul mükafatı verilməsi imkanını nəzərdən keçirməyə hazırdır.

