Tanınmış iqtisadçı-ekspert, Oxu.Az saytının əməkdaşı Pərviz Heydərov vəfat edib.
Denmedia.az xəbər verir ki, Pərviz Heydərov 54 yaşında pnevmoniyadan dünyasını dəyişib.
Qeyd olunur ki, P.Heydərov uzun illər Azərbaycanda gedən iqtisadi proseslər, maliyyə və sosial-iqtisadi məsələlərlə bağlı şərhləri və analitik təhlilləri ilə tanınıb.
Pərviz Heydərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!

