Hande Erçelle yollarını ayırdıqdan sonra Hakan Sabancının şəxsi həyatı yenidən maqazin gündəminə gəlib. Onun Contemporary Istanbul sərgisinə ispaniyalı model Tatyana Panakalla birlikdə qatılması yeni münasibət iddialarına səbəb olub. Lakin Sabancı bu xəbərləri təkzib edib.
Bu barədə Haberler.com məlumat yayıb.

Hava limanında görüntülənən Hakan Sabancıdan Tatiana Panakalla münasibətdə olub-olmadığı soruşulub. İş adamı suala “Hansı münasibət? Mənim münasibətim yoxdur” cavabını verib.
Hakan Sabancı bir neçə gün əvvəl keçirilən Contemporary Istanbul sərgisinin açılışında Tatyana Panakalla birlikdə görüntülənmişdi. Tədbir məkanına qayıqla gələn ikilinin sərgini birlikdə gəzməsi qısa müddətdə onların arasında sevgi münasibəti olması ilə bağlı iddiaların yayılmasına səbəb olub.

Bəzi maqazin nəşrləri Tatyana Panakalı Sabancının yeni sevgilisi kimi təqdim etsə də, həmin gün tərəflər bu iddialarla bağlı açıqlama verməmişdilər.
Daha sonra hava limanında jurnalistlərin sualları ilə qarşılaşan Hakan Sabancı münasibət iddialarını açıq şəkildə rədd edib.
Tatyana Panakal kimdir?

Tatyana Panakal ispaniyalı modeldir. O, Türkiyə maqazin gündəminə Hakan Sabancı ilə Contemporary Istanbul sərgisində birlikdə görüntüləndikdən sonra gəlib.

