Orta ixtisas təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinə start verilir.
Denmedia.az xəbər verir ki, bu barədə Təhsil Siseminin İnformasiyalaşdırılması İdarəsi məlumat yayıb.
Məlumata görə, orta ixtisas təhsili pilləsi (11 illik) II tur üzrə təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinə 30 sentyabr saat 11:00-da start veriləcəkdir. Qəbul olan şəxslər //my.gov.az/ portalı üzərindən “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Qeyd edilib ki, elektron sistem üzrə qeydiyyat 05 oktyabr saat 18:00-da yekunlaşacaq.

