Uzun fasilədən sonra “Ömür Usta” serialı ilə ekranlara qayıdan Nurgül Yeşilçay bu dəfə aktyorluğu ilə yanaşı, təbii görünüşü ilə də diqqət çəkib. Məşhur aktrisanın Ömür obrazını daha real canlandırmaq üçün bir müddətdir saçlarını boyatmadığı və botoks etdirmədiyi məlum olub. Yeşilçayın rola hazırlaşmaq üçün təxminən bir ildir xüsusi şəkildə çalışdığı da bildirilib.

Məşhur aktrisanın canlandırdığı Ömür uşaqlarına təkbaşına baxmağa çalışan, dolanışığını təmin etmək üçün mübarizə aparan və həyatın qarşısına çıxardığı çətinliklərin öhdəsindən gəlməyə çalışan bir qadın kimi tamaşaçı qarşısına çıxır.
Yeşilçay daha əvvəl bu obraz üçün bir ildir hazırlaşdığını və təmir işlərindən avtomobillərlə bağlı təlimlərə qədər müxtəlif sahələrdə hazırlıq keçdiyini bildirmişdi.

Serialın ilk bölümündən sonra Yeşilçayın ekrandakı təbii görünüşü sosial şəbəkələrdə gündəmə gəlib.

