Lənkəran rayonunda 3,4 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 25 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

