Dünyaca məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges sosial şəbəkələrdə paylaşdığı fotolarla yenidən gündəmə gəlib.
Dəbdəbəli həyat tərzi və diqqətçəkən üslubu ilə tanınan Rodriges bu dəfə barmağındakı iri brilyant üzüklərlə maraq doğurub.

Onun son paylaşımlarında görünən zinət əşyaları sosial şəbəkə istifadəçilərinin və maqazin şərhçilərinin diqqətindən yayınmayıb. Üzüyün ölçüsünü görən bəzi istifadəçilər brilyantı zarafatla “demək olar, əl çantası böyüklüyündə” adlandırıblar.
Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb və Rodrigesin milyonlarla dollar dəyərində olduğu bildirilən zinət əşyaları kolleksiyasını və dəbdəbəli həyat tərzini yenidən maqazin gündəminə gətirib.


